525.Az

Elmira Süleymanova Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində olub


 

Elmira Süleymanova Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində olub<b style="color:red"></b> İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova 2 fevral – Gənclər Günü münasibətilə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində olub.

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, E.Süleymanova bu kateqoriyadan olan uşaq və gənclərlə, həkimlər, pedaqoqlar, psixoloqlar, defektoloq-loqopedlərlə və digər reabilitasiya mütəxəssisləri ilə görüşüb.
 
E.Süleymanova daun sindromlu şəxslərin yemək, yataq, reabilitasiya otaqlarına, həkim kabinetinə, rəsm dərnəyi, xalçaçılıq və dil kurslarının yerləşdiyi otaqlara, fənn kabinetlərinə, idman zalına və istirahət guşəsinə baxıb və müvafiq tövsiyələrin verib. E. Süleymanova daun sindromlu uşaqların əl işləri ilə tanış olub.
 
“Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin strukturuna daxil olan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin fəaliyyəti xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyasına və sosial adaptasiyasına yönəlib. Bu ictimai birlik Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb.
 





30.01.2015    çap et  çap et