525.Az

Azərbaycan NATO ilə əməkdaşlığını davam etdirir


 

Azərbaycan NATO ilə əməkdaşlığını davam etdirir<b style="color:red"></b>

“2014-cü ildə Azərbaycan NATO-nun Hərbi Təhsilinin Gücləndirilməsi Proqramında (DEEP) iştirakını davam etdirib”.

APA-nın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberqin 2014-cü il üzrə açıqladığı hesabatında deyilir. O, Azərbaycanla bərabər digər 11 ölkənin də proqramda iştirakını davam etdirdiyini söyləyib:

“NATO-nun Hərbi Təhsilin Gücləndirilməsi Proqramı üzv və tərəfdaş ölkələr arasında əlaqələrin inkişafına xidmət edir”.
 
Hesabatda bildirilir ki, 2014-cü il Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) Əfqanıstandakı missiyasının yekun ilidir:

“Bu, alyans tarixində ən böyük əməliyyatdır. 2014-cü ildə NATO-nun Əfqanıstandakı rolu İSAF-ın yekunu kimi icra olunub. İl ərzində 73 baza ya bağlanıb, ya da əfqan qüvvələrinə təhvil verilib. Missiyaya hərbçi göndərən 39 dövlətin 36 min hərbçisi ölkədən çıxarılıb. 25 min avadanlıq əfqan hökumətinə bağışlanıb. 50-dən çox ölkənin iştirakı ilə ISAF son illərin ən böyük koalisiyasına çevrilib”.

 





30.01.2015    çap et  çap et