525.Az

Bəstəkarlar İttifaqı Xocalı şəhidlərini silsilə tədbirlərlə anacaq


 

Bəstəkarlar İttifaqı Xocalı şəhidlərini silsilə tədbirlərlə anacaq<b style="color:red"></b>

Azərbaycan Bəstəkarlar İttifaqı Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı bir sıra tədbirlərin təşkilini planlaşdırır.

İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə AzərTAc-a deyib ki, soyqırımı qurbanlarının xatirəsi qardaş Türkiyədə də yad olunacaq: Türkiyənin Adana Simfonik Orkestri tərəfindən Xocalı faciəsinə həsr olunan müəllif konsertim təşkil ediləcək. Konsertdə operamdan parçalar və başqa əsərlərim səslənəcək.

Eyni zamanda faciənin 23-cü ildönümü ərəfəsində Bəstəkarlar İttifaqında tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Azər Dadaşovun Xocalı faciəsinə həsr edilmiş yeni bir əsəri təqdim olunacaq. Bəstəkarın qaboy və simli orkestr üçün yazılmış "Oda" əsəri ilk dəfə səslənəcək".

F.Əlizadə deyib ki, 2 fevral - Gənclər Günü münasibətilə Azərbaycan Bəstəkarlar İttifaqında təqdimatlar olacaq. Bu artıq ənənəvi xarakter alıb. Ötən müddət ərzində 10-a yaxın gənc bəstəkarımız Gənclər və İdman Nazirliyinin mükafatına layiq görülüb. Biz Azərbaycan musiqisinin təbliğində səy göstərən, xidməti olan hər kəsə mükafatlar təqdim edirik.

Eyni zamanda, bu ərəfədə gənc bəstəkarların konserti də təşkil olunacaq.

 





30.01.2015    çap et  çap et