525.Az

"Alimlərin ən əsas problemi sosial məsələlər və əmək haqlarının az olmasıdır"


 

"Alimlərin ən əsas problemi sosial məsələlər və əmək haqlarının az olmasıdır"<b style="color:red"></b>

"Bu gün Milli Elmlər Akademiyasının, Azərbaycan alimlərinin ən əsas problemi sosial məsələlər və əmək haqlarının az olmasıdır".

Bu fikri millət vəkili Gövhər Baxşəliyeva Milli Məclisin (MM) Elm və təhsil komitəsinin yanvarın 29-da keçirilən iclasında çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, əmək haqqının az olması nəticəsində orta nəsl elm adamları və yaxşı mütəxəssislər Milli Elmlər Akademiyasını tərk edib daha gəlirli sahələrə və yaxud da, xarici ölkələrə üz tuturlar:

"Bu da gələcəkdə Azərbaycan elmində nəsillər arasındakı əlaqənin kəsilməsinə gətirib çıxara bilər. Yəni, elmi tərk edən alimlərin yeni bacarıqlı elm adamlarının və mütəxəssislərin yetişdirilməsində böyük rolu ola bilər.  Ona görə də biz bu əlaqənin kəsilməməsi üçün alimlərin sosial vəziyyətin yaxşılaşdırılması istiqamətində ciddi düşünməliyik.

"Elm haqqında" Qanunun qəbulunun bu istiqamətdə müstəsna rolu olardı. Hesab edirəm ki, yaz sessiyasında bu qanun qəbul olunacaq və Azərbaycanın elm sahəsi üzləşdiyi bir çox problemdən xilas olmuş olacaq".

Kamil HƏMZƏOĞLU

 





30.01.2015    çap et  çap et