525.Az

“Bəzən yoxlamadan keçməyən içlik vərəqələri də dərmanların içinə düşə bilir”


 

“Bəzən yoxlamadan keçməyən içlik vərəqələri də dərmanların içinə düşə bilir”<b style="color:red"></b>

Səhiyyə Nazirliyi dərman preparatlarının içlik vərəqələrində AMEA Dilçilik İnstitutu tərəfindən aparılan monitorinq nəticəsində aşkarlanan nöqsanlara münasibət bildirib.

APA-nın xəbərinə görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib ki, bu məsələ tibbi terminologiya ilə bağlı olduğuna görə nazirliyin mütəxəssisləri tərəfindən də məsələyə baxılıb:

 “Bu, bir qədər dar sahədir. Burada tibbi terminologiya məsələsi də var ki, dilçilər onu bilmirlər. Bu məsələdə onlarla ortaq məxrəcə gəldik. 

Dərman preparatlarının içlik vərəqələri 99 faiz hallarda bir-bir yoxlanılır. Әfsuslar olsun ki, bəzi hallarda yoxlamadan keçməyən içlik vərəqələri də dərman preparatlarının içərisinə düşə bilir. Buna qarşı addımlar atılır və yəqin ki, gələcəkdə bu hallar olmayacaq”.

 





30.01.2015    çap et  çap et