525.Az

Bank ADİU tələbələrinə təqaüd verəcək


 

Bank ADİU tələbələrinə təqaüd verəcək<b style="color:red"></b>

Yanvarın 29-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Bank of Baku”-nun tədris laboratoriyasının açılış mərasimi keçirilib.

ADİU-nun mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, rektor Ədalət Muradovla “Bank of Baku”nun idarə heyətinin sədri Fərid Hüseynov SABAH qrupları üçün hazırlanmış tədris otağı ilə tanış olublar. Bank, laboratoriyanı 14 notebook, wi-fi avadanlıqları, mebel dəstləri, maliyyə, mühasibat, bank işinə aid kitablar və digər ofis avadanlıqları ilə təmin edib.

Daha sonra tədbir “Bank of Baku”nun təqaüd proqramının təqdimatı ilə davam edib.

Bankın idarə heyətinin sədr müavini Zaur Qaraisayev çıxış edərək ADİU tələbələrinə bankın inkişaf tarixi və cari göstəriciləri barədə məlumat verib. “Bank of Baku”nun təqaüd proqramı, müraciət şərtləri və qaydaları haqda danışıb. Bildirib ki, tələbə təqaüdü proqramına universitetə 450-dən çox balla qəbul olunan və son sessiyanın nəticəsinə görə 70-dən yuxarı bal toplayan 3 və 4-cü kursların tələbələri sənədlərini təqdim edə bilər. Təqaüd alan beş tələbə eyni zamanda bankda təcrübə keçmək imkanı əldə edəcək.

Bundan başqa ADİU-nun magistrlarına “Bank of Baku”da mövcud karyera imkanları haqda ətraflı məlumat verilib.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb. 

 





30.01.2015    çap et  çap et