525.Az

Azərbaycan Universitetinin yeni rektoru kimdir?


 

Azərbaycan Universitetinin yeni rektoru kimdir?<b style="color:red"></b> Azərbaycan Universitetinə təyin olunan və kollektivə təqdim olunan yeni rektor Fərid Əhmədov vəzifəsinin icrasına başlayıb.
 
Universitetin İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsindən APA-ya verilən məlumata görə, Fərid Əhmədovun 35 yaşı var və o, dünyanın ən mötəbər universitetlərindən sayılan  Oksford Universitetində hüquq üzrə doktorluq dissertasiyası müdafiə edən yeganə azərbaycanlıdır. Fərid Əhmədov eyni zamanda 2009-2011-ci illərdə Oksford  Universitetində müxtəlif ölkələrdən olan diplomatlara və dövlət qulluqçularına beynəlxalq hüquq fənni üzrə mühazirə oxuyub.
 
2002-ci ildə həm Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq hüquq fakültəsinin bakalavriat və magistratura pillələrini, həm də 2003-cü ildə Böyük Britaniyanın “British Chevening təqaüdü” ilə təhsil aldığı Essex Universitetində magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.  2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 
 
2011-ci ildən rektor təyin olunduğu tarixədək “ADA” Universitetində, ondan öncə isə Milli Məclisdə və Konstitusiya Məhkəməsində çalışıb.  Ailəlidir, üç övladı var.
 
Qeyd olunub ki, Azərbaycan Universitetinin keçmiş rektoru Eldar Qəhrəmanov səhhətində yaranan problemlərlə bağlı öz ərizəsi ilə vəzifəsindən istefa edib. O, bu vəzifəni 1 may 2012-ci il tarixindən icra edib. Eldar Qəhrəmanov hazırda İnzibati idarəetmə kafedrasının müdiridir.
 





28.01.2015    çap et  çap et