525.Az

İran Naxçıvana yeni baş konsul təyin edib


 

İran Naxçıvana yeni baş konsul təyin edib<b style="color:red"></b> İran Azərbaycanın Naxçıvan Muxtar Respublikasına yeni baş konsul təyin edib.
 
İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, İranın Naxçıvandakı yeni baş konsulu Mənsur Ayrom vəzifəsinin icrasına mart ayında başlayacaq.
 
Səfirlikdən bildiriblər ki, M. Ayrom İranın təcrübəli diplomatlarından biridir. O, bundan əvvəl İran Xarici İşlər Nazirliyində, Şanxay və Vyanadakı diplomatik nümayəndəliklərdə çalışıb.
 





28.01.2015    çap et  çap et