525.Az

"Pensiya təminatında xidmət önəmli şərtdir"


 

"Pensiya təminatında xidmət önəmli şərtdir"<b style="color:red"></b>

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı təbəqələrin maddi durumunun yüksəldilməsi, pensiya xidmətinin daha da yaxşılaşdırılması ölkəmizdə bu gün dövlət siyasətinin prioritet sahələrindən hesab olunur və daim diqqət mərkəzində saxlanılır. Son illər bu istiqamətdə atılan uğurlu addımlar bunu deməyə əsas verir.

Görülən tədbirlərin nəticəsidir ki, Ağcabədi rayonunda da pensiya və müavinətlərin ödənilməsi sahəsində xidmətin səviyyəsi xeyli  yüksəlib.

Dövlət Sosial Müdafiə Fondu Ağcabədi rayon şöbəsinin müdiri İlham Qənbərovun dediklərinə görə, adıçəkilən bölgə respublikamızın geniş pensiyaçı kontigentinə malik  inzibati ərazi vahidlərindən sayılır. Odur ki, DSMF rayon şöbəsinin kollektivi bölgədə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda məcburi dövlət sığorta haqlarının vaxtında toplanılması üçün bütün imkanlardan maksimum istifadə edir. Kollektiv tərəfindən 2014-cü ildə proqnoz tapşırıqlarına 90,5, o cümlədən, büdcədən maliyyələşən təşkilatlar üzrə 91,1, qeyri-büdcə təşkilatları üzrə isə 87,3 faiz əməl edilib. Hazırda rayonda 17 min 569 nəfər pensiyaçıya xidmət göstərildiyini vurğulayan şöbə müdiri onlardan 9 min 338 nəfərinin yaşa, 6 min 773 nəfərinin əlilliyə, 1 458 nəfərinin isə ailə başçısını itirməsinə görə pensiya aldığını bildirib.

Ötən il şöbəyə 849 nəfər tərəfindən pensiya təminatı ilə əlaqədar edilən müraciətlərə vaxtında baxılaraq müvafiq təyinatlar aparılıb.

Qeyd edilən dövrdə fərdi uçot sistemi üzrə 2 min 455 nəfər sığortaolunan qeydiyyata alınıb. Çap olunan sığorta şəhadətnamələrinin sahiblərinə çatdırılması təmin olunub. Şöbənin əməkdaşları tərəfindən kollektivlərdə, ictimai yerlərdə bununla əlaqədar müvafiq maarifləndirmə tədbirləri aparılıb. Bu iş müntəzəm olaraq davam etdirilir.

İ.Qənbərov qeyd edilib ki, şöbə tərəfindən dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq Böyük Vətən müharibəsi iştirakçılarına, müharibədə həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, eləcə də arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik yardımlar ödənilib. Sərəncama əsasən rayon üzrə 11 nəfərin hər biri 700 manat, 240 nəfər isə 300 manat, ümumilikdə 79 min 700 manat məbləğində birdəfəfəlik yardım alıb.

Bundan əlavə, müvafiq sərəncama əsasən, DSMF rayon şöbəsində 1 yanvar 2014-cü il tarixdə əmək pensiyalarının sığorta hissəsi respublika dövlət statistika  komitəsi tərəfindən müəyyən edilmiş istehlak qiymətlərinin 2013-cü il səviyyəsinə uyğun 2, 4 faizlə indeksləşdirilərək yenidən hesablanması təmin edilib.

İlham Qənbərov qeyd edib ki, rayonda bütün pensiyaların plastik kartlar vasitəsi ilə bankomatlardan alınması lazımi qaydada təşkil olunub. DSMF rayon şöbəsində vətəndaşların qəbuluna, onların şifahi və yazılı müraciətlərinə baxılmasına qayğı ilə yanaşılır və operativ tədbirlər görülür, qarşıya çıxan problemlər, çatışmazlıqlar  vaxtında araşdırılaraq aradan qaldırılır. Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev  Ağcabədidə vətəndaşları qəbul edərkən bu məsələ xüsusi olaraq qeyd  olunub.

Yəhya PAŞAZADƏ

 





28.01.2015    çap et  çap et