525.Az

"Yarımçıq əlyazma"nın Romada daha bir təqdimatı olub


 

"Yarımçıq əlyazma"nın Romada daha bir təqdimatı olub<b style="color:red"></b>

Yanvarın 26-da Romada Azərbaycan yazıçısı Kamal Abdullanın "Yarımçıq əlyazma" kitabının növbəti prezentasiyası keçirilib. Təqdimatı "Humanitar elmlərin mədəni assosiasiyası" (LEUSSO) təşkilatı və "Sandro Teti Nəşriyyatı" gerçəkləşdirib.

Təqdimatda LEUSSO-nun prezidenti Benedetto Koçça, kitabın naşiri Sandro Teti, Florensiya Universitetinin professoru Franko Kardini (kitabın italyan nəşrinə ön sözün müəllifidir), professor Ermanno Vizantayner və başqaları iştirak ediblər. İki saatdan çox çəkən təqdimat mərasimində canlı dialoqa şərait yaradılıb və oxucular fikirlərini səsləndiriblər.

Qeyd edək ki, Azərbaycan və italyan ədəbiyyatlarının yaxınlaşmasına kömək edən bu nəşrin daha öncə də İtaliyanın müxtəlif universitetlərində təqdimatı keçirilib, İtaliyanın məşhur ədəbiyyat adamları "Yarımçıq əlyazma" haqda öz fikirlərini bildirib və haqqında mətbuatda yazılar dərc edilib.

 





28.01.2015    çap et  çap et