525.Az

Vaqif Səmədoğlu sabah I Fəxri xibanda dəfn olunacaq


 

Vaqif Səmədoğlu sabah I Fəxri xibanda dəfn olunacaq<b style="color:red"></b>

Bu gün dünyasını dəyişən xalq şairi Vaqif Səmədoğlu ilə vida mərasimi sabah Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.

Bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza bildirib.

Mərasim saat 14.00-da başlanacaq.

Mərhum I Fəxri xiyabanda torpağa tapşırılacaq.

Azərbaycanın xalq şairi, ictimai xadim Vaqif Səmədoğlu bu gün səhər saatlarında vəfat edib.
V.Səmədoğlu uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Vaqif Səməd oğlu Vəkilov 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına Musiqi Məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971) olub. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib. Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc edilib.

Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib, "Oğuz eli" qəzetinin baş redaktoru olub (1992-1994). 2000-2005-ci illərdə Azərbaycanın Milli Məclisinin üzvü olub.

 





28.01.2015    çap et  çap et