525.Az

“Qubad İbadoğlu Müsavata vura biləcəyi bütün zərbələri vurdu”


 

“Qubad İbadoğlu Müsavata vura biləcəyi bütün zərbələri vurdu”<b style="color:red"></b>

"Qubad İbadoğlu qurultaydan əvvəl və qurultay zamanı verdiyi vədlərə əməl etmədi. Bizim durmadan təkrar etdiyimiz birlik çağırışlarımıza məhəl qoymadı”.

APA-nın məlumatına görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
 
A. Hacılı Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunu anti-müsavat kampaniyasının lideri olmaqda ittiham edib: “Bu aylar ərzində bütün siyasi fəaliyyəti dövründə göstərmədiyi fəallıq nümayiş etdirdi. Heç vaxt hər hansı bir siyasi kampaniyanın lideri olmamışdı. Ətrafındakı qrupla anti-müsavat kampaniyasının lideri oldu. Müsavata vura biləcəyi bütün zərbələri vurdu. Müsavata qarşı bundan daha artığını edə bilməzdi”.

 





28.01.2015    çap et  çap et