525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

Yanvarın 29-da Bakı və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, gündüz dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi gündüz günün ikinci yarısında mülayim şimal küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 1-4 dərəcə, gündüz 7-11 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında hava">hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək, duman olacaq. Qərb küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

 





28.01.2015    çap et  çap et