525.Az

Məmmədyarov həmsədrlərlə görüşdü


 

Məmmədyarov həmsədrlərlə görüşdü<b style="color:red"></b> Xarici işlər naziri Elmar Məmmədyarov Polşaya işgüzar səfəri çərçivəsində yanvarın 27-də Krakov şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryu (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.
 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi və ATƏT Minsk Qrupunun qarşıdan gələn dövr üçün nəzərdə tutulmuş fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılıb.
 
E. Məmmədyarov Ermənistanın təxribatçı əməllərinə diqqəti çəkərək bunların danışıqlar prosesinə xələl gətirmək məqsədi güddüyünü bildirib.
 
Münaqişənin həllinə dair Azərbaycanın mövqeyini bir daha vurğulayan nazir ilk növbədə Ermənistanın Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.
 
Görüş əsnasında Ermənistan tərəfindən girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsi ATƏT Minsk qrupunun həmsədrləri qarşısında qaldırılıb.
 





27.01.2015    çap et  çap et