525.Az

XİN Uorlikin müraciətini şərh etdi


 

XİN Uorlikin müraciətini şərh etdi<b style="color:red"></b>

Azərbaycan Xarici İşlər Nazirliyinin mәtbuat xidmәtinin rəhbəri Hikmət Hacıyev ABŞ-dan olan həmsədr Ceyms Uorlikin "twitter" vasitəsilə paylaşdığı xəbərə şərh verib.

APA-nın mәlumatına görә, onun "twitter" səhifəsində yazdığı mәlumatda deyilir:
 
"Biz də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciət edirik ki, Ermənistan rəhbərliyini zorakı təxribatçı əməlləri dayandırmağa və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmağa vadar etsinlər".
 
Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərinə müraciət edib.
 
APA-nın məlumatına görə, bu barədə C.Uorlik öz “Twitter” səhifəsində yazıb.
 
Amerikalı diplomat tərəfləri təmas xəttində qarşıdurmanı dayandırmağa çağırıb: “Prezidentlərə müraciət edirəm ki, təmas xəttində qarşıdurmanın dayandırılması, danışıqlara riayət edilməsi üçün lazımi tədbirlər görsünlər”.

 





24.01.2015    çap et  çap et