525.Az

Nuriyyə Əhmədovanın müalicəsi davam edir


 

Nuriyyə Əhmədovanın müalicəsi davam edir<b style="color:red"></b>

Xalq artisti Nuriyyə Əhmədovanın müalicəsi davam edir.
 
Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının reanimasiya şöbəsindən APA-ya verilən məlumata görə, xalq artistinin səhhəti normaldır:

“Bu gün palataya köçürməyi müzakirə etmirik. Vəziyyəti imkan versə, ola bilər sabah, birigün köçürə bilərik. Vəziyyəti stabildir, huşu aydındır, suallara cavab verir”.

Şöbədən əlavə ediblər ki, baş-beyin müayinəsindən sonra N. Əhmədovada ciddi patalogiya aşkar olunmayıb.

Qeyd edək ki, N. Əhmədova yanvarın 23-də gecə saatlarında hipertoniya və qan dövranının pozğunluğu diaqnozu ilə xəstəxanaya qəbul edilib.

 





24.01.2015    çap et  çap et