525.Az

Sevinc Rəcəbovanın şeirləri


 

Sevinc Rəcəbovanın <b style="color:red">şeirləri</b>

Qarabağ

Həsrət dağım,
Könül ahım, -
- Qarabağım!..
Səni hər gün soraqladım,
Çatmadı bu soraq sənə...
Çevirdilər düşmənlərin oylağına...
Elə gözəl, mənzərəli
Bir torpağı,
Qəhrəmanlar, sənətkarlar
Yetişdirən bir ocağı.
Səni azad görsün deyə
Neçə-neçə igid ərlər
Can verdilər.
Qız-gəlinlər
Əsir düşdü...
Neçə fidan, neçə pöhrə,
Dil açmayan neçə körpə
Diri-diri basdırıldı, yandırıldı,
Sərt soyuqda donduruldu,
Millət məğlub olsun deyə.
Amma məğlub edilmədik,
Heç bir zaman əyilmədik.
Bir gün mütləq  alınacaq
Düşmənlərdən torpağımız,
Yenə də azad olacaq
O gözəl Qarabağımız.

Anam mənim

(Anam Validə Rəcəbovaya)

Vəsmə qaşlım, qara gözlüm,
Anam mənim, anam mənim.
Gülər üzlüm, şirin sözlüm,
Anam mənim, anam mənim.

Məna dolu gözlərinlə
Yolumuza nur saçırsan.
Şirin - şəkər sözlərinlə
Ürəklərə yol açırsan.

Ömür sənsiz heçdir mənə,
Dünya qədər sevgim sənsən.
Sənsən verən ilham mənə,
Qəlbimdəki eşqim sənsən.

Ata

(Atam Səadət Rəcəbova)

Dünyada ən gözəl insandır ata,
Bizlərə arxadır, həyandır ata.
Övlada dost kimi yanaşan ata,
Bizim yolumuzda alışan ata.

Arzu

Ümman kimi arzuların çırağında
Həyat məni aparır öz ağuşuna.
Yaşayıram, ömür keçir, yaş da ötür,
Gün calanır günlərimin sırasına.

Həyat gözəl, dünya gözəl, hər şey gözəl,
Hər bir gün də bir-birindən fərqli, özəl.
Mən çox şadam, bəxtiyaram, çünki varam,
Tanrı məni yaradıbdır, mən insanam.

Mən gözəllik dünyasında pöhrə açan,
Qızılgültək ətir saçmaq istəyirəm.
Bu dünyada, bu cahanda günəş kimi
Əməlimlə şəfəq saçmaq istəyirəm.

Dünya sanki ümman kimi

Dünya sanki ümman kimi,
Donuq-donuq baxıram mən.
Budur, külək səsi gəlir,
Əsir, xəzan yeli əsir.
Pıçıldayır qulağıma
Sən də yaz bir yeni sətir.
Sən də işıqlı dünyaya
Deyilməmiş bir söz gətir.

Təbiəti seyr etdikcə
Qəlbə ilham səsi gəlir.
Qulaqlarıma səssizcə
Yeni şeir səsi gəlir,
Şeirin ilk nəfəsi gəlir.
Bu şeir yeni doğuldu,
O, ilhamımdan yoğruldu.
Yeni həyat verdim ona,
Qoy yaşasın doya-doya.

Sevgi həyatımın bir parçasıdır

Ürəyimin içində
Həzin sevgi səsi var.
Könlümün guşəsində
Məhəbbətin izi var.

Könül çırpıntılarım
Misralarda düzülür.
Ürəkdən yazdıqlarım
Şeirlərə süzülür.

Mən bu sevgi izinin
Sehrinə qərq olmuşam.
Sevgi duyğularımla
Dünyadan tərk olmuşam.

Məhəbbət şeirlərim
Axır kağız, qələmə.
Coşqun, alovlu eşqim
Ruh verir düşüncəmə.

 





23.01.2015    çap et  çap et