525.Az

İtaliya mediası "Molla Nəsrəddin” jurnalından yazıb


 

İtaliya mediası "Molla Nəsrəddin” jurnalından yazıb<b style="color:red"></b>

İtaliyanın "Linkiesta" portalında "Molla Nəsrəddin" jurnalı ilə bağlı yerləşdirilən yazıda qeyd olunur ki, 1906-cı ildə işıq üzü görən bu nəşrin əsas təşəbbüskarı və müəllifi dünya şöhrətli dramaturq Cəlil Məmmədquluzadə olub.

Qısa zamanda bütün İslam dünyasında böyük maraqla qarşılanan bu jurnal İran, Türkiyə, Misir, Hindistan, Mərakeş kimi ölkələrdə də yayılaraq oradakı xalqların sosial-mədəni tərəqqisinə müsbət təsirini göstərib.

Jurnalda yumor və satira vasitəsilə yerli elitanın tənqid edilməsi, sosial bərabərsizlik və dini fanatizm kimi mənfi halların tənqidi öz əksini tapıb. Nəşrin adı öz yumoristik hekayələri ilə seçilən, XIII əsrdə yaşamış Nəsrəddin adlı ruhaninin adı ilə bağlıdır.

Məqaləsində jurnalı İslam dünyasının ən məşhur satirik nəşri kimi təqdim edən müəllif yazır: "Əslində İslam dünyasında çox böyük bir yenilik olan bu jurnal Qərb ideyalarına və ənənələrinə yaxınlaşmanın bir təzahürü idi".

 





23.01.2015    çap et  çap et