525.Az

Rus Dram Teatrının fevral repertuarında maraqlı tamaşalar var


 

Rus Dram Teatrının fevral repertuarında maraqlı tamaşalar var<b style="color:red"></b>

S.Vurğun adına  Dövlət Rus Dram Teatrının bu ilin fevral ayı üçün repertuarı zəngindir. Fevralın 1-də Mark Kamolettinin "Ah, bu Anna", 5-də Aleksandr Ostrovskinin "Qurdlar və qoyunlar" komediyaları göstəriləcək.

Teatrın kollektivi fevralın 6-da Fyodor Dostoyevskinin "Karamazov qardaşları", 7-də Oleq Yernevin "Yeni il gecəsində məhəbbət intriqaları", 8-də Mirzə Fətəli Axundzadənin "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah" tamaşalarını təqdim edəcək.

Nizami Gəncəvinin eyniadlı poeması əsasında hazırlanmış "Yeddi gözəl" tamaşası fevralın 12-də, Uilyam Şekspirin "Yay gecəsində yuxu" fevralın 13-də nümayiş olunacaq.

Tamaşaçılar fevralın 14-də Vladimir Neverovun "Parodiyalar paradı"na, 15-də İlyas Əfəndiyevin "Büllur sarayda" dramına, 19-da Rey Kuninin "Həddindən artıq evli taksi sürücüsü" komediyasına baxa bilərlər.

Mixail Lermontovun "Maskarad" dramı fevralın 21-də, Pedro Kalderon de le Barkanın "Məhəbbətlə zarafat etmirlər" lirik komediyası fevralın 22-də göstəriləcək.

Rusdilli tamaşaçılar fevralın 27-də Ceyms Ostinin "Qürur və qərəz", 28-də Vasili Siqarevin "Yalan detektoru" tamaşalarına baxacaqlar.

Rus Dram Teatrının kollektivi həmişə olduğu kimi, fevral ayında da balaca tamaşaçılarını unutmayıb. Fevralın 1-də Valentina Reznikovanın "Yeni il gecəsində sehrbazlıq" tamaşası göstəriləcək.

Vladimir Neverovun "Nağılı tap!-1" və "Nağılı tap!-2" tamaşaları müvafiq olaraq fevralın 7-də və 15-də nümayiş olunacaq.

Uşaqlar Aleksandr Puşkinin "Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl"ına fevralın 8-də baxa bilərlər.

Fevralın 14-də Yekaterina Çernyakın "Gözəl Vasilisa", 21-də Valentina Reznikovanın "Durna balığının buyruğu ilə", 22-də "Maşa və ayı" tamaşaları göstəriləcək. Aleksandra Nikuşina və Nadir Əzimovun "Güləbətin tikən qız və süpürgəçi" tamaşası fevralın 28-də oynanılacaq.

S.ABDULLAYEVA

 





23.01.2015    çap et  çap et