525.Az

Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri yenə görüşəcək


 

Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri yenə görüşəcək<b style="color:red"></b>

Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü yanvarın 29-da keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Elmar Məmmədyarov, Mövlüt Çavuşoğlu və Rəşid Meredovun budəfəki görüşü Türkmənistanda baş tutacaq.
 
Xatırladaq ki, bundan öncəki görüş 2014-cü ilin 26 may tarixində Bakıda keçirilib.
 
Bakı görüşündə regional layihələr, eləcə də enerji sahəsində əməkdaşlıq və enerji marşrutları müzakirə edilib.

 





23.01.2015    çap et  çap et