525.Az

İzmirli azərbaycanlılardan biri...


 

İzmirli azərbaycanlılardan biri...<b style="color:red"></b>

Namiq Qədimoğlu
əməkdar
jurnalist

Bakı- İzmir-BərdəBakı
.

Həyatının məramı elm xeyirxahlıq olan insan   

1962-ci ildə Azərbaycanın Bərdə rayonunda anadan olub. 1999-cu ildə Türkiyə vətəndaşlığına qəbulu ilə Bərdəli soyadını alıb. 1979-1985-ci illərdə Azərbaycan Tıbb Universitetinin pediatriya fakültəsində, sonra Moskva şəhərində Rusiya Səhiyyə Nazirliyinin  Uşaq xəstəlikləri İnistitutunda təhsil alıb həkimlik təcrübəsi keçib. Beynəlxalq dərəcəli tibbi nəşrlərdə dərc olunmuş 25 elmi araşdirma istiqamətində olan 129 məqalənin müəllifidir. Tibb sahəsində fəaliyyətinə tədqiqatlarına  görə onlarca sertifikata 23 medala layiq görulüb. İngiliscə, italyanca, rusca mükəmməl bilir. Evlidir, 2 övladı var.

Haqqında ilk dəfəAnkaratibb mərkəzinin baş həkimi Zülfuqar Yusifovdan eşitmişdim, amma Zulfuqar həkim onun təkcə elmindən yox, həm qardaş Türkiyədə, xüsusən İzmirdə azərbaycanlıların böyük bir himəyadarı olduğunu söyləmişdi. İzmirin elitar mühitində, elmi mərkəzlərində onun yaxşı tanınması məni sevindirirdi. Sadəcə olaraq bircə cumlədən ibarət olan təqdimat bu alimin kimliyini hansı uğurlara imza atdığını söyləməyə imkan verir: tibb elmləri doktoru, professor  Afiq  Bərdəlinin (Huseynov) yaratdığı Molyekulyar Tibbi Laboratoriya  bütün Türkiyədə ilk tək, dünyada 3 elmi mərkəzdən biridir!

Digər tərəfdən onu tanıyanların hər biri üçünkimdir  Afiq Bərdəli?”  sualının olduqca maraqlı rəngarəng olan cavabları var. Qısaca bir ümumiləşdirmə aparıb onu söyləmək olar ki, Afiq Bərdəli hələ çox gənc yaşlarında, qürbət ellərdə, əvvəlcə Rusiyada, sonra isə Türkiyədə-28 yaşında elmlər doktoru adına yiyələnmış, tibb elminin çox mühüm modern bir sahəsinə öz möhurunu vurmuş özunü təsdiq etmiş bir ziyalıdır.

Mən onunla Türkiyənin ən böyük universitetlərindən olan- 55 min nəfərə qədər tələbəsi olan Egey Universitetinin Tibb fakultəsinin dəhlizləri ilə addımladıqca, burada çalışanların-həkimlərin tibb bacılarının ona necə bir ehtiram duyğu ilə yanaşaraq ehtiram göstərdiklərinin əyani şahidiyəm. Bu adamlarınhocamdeyərək müraciətlərindəki səmimiyyət hiss olunmaqla, sanki gözləri sevinirmiş kimi gülürdü. Onun  xarakterindəki ilahi səmimiyyət, münasibətlərindəki sadəlik, təmiz çılğın uşaq təbbəssümü ilə dolu qayğı davranışı, aurasındakı müsbət enerji işindən-gücündən, vəzifə tutduğu mövqeyindən asılı olmayaraq onu hər kəsə sevdirir   bütün həmsöhbətlərində daxili bir inam yaradır.

Egey Universitesinin Uşaq xəstəxanasının 2-ci mərtəbəsinə çatanda , sağ tərəfdəki, qapının üstündəAfiq Bərdəliyarlığını görəndəbaş qərargaha” (onun kabinetini belə adlandırır) çatdığımızı anladım. Qapıda qələbəlik idi. Növbə ilə sıralanmış adamlara həkimin gəlişi əvəzsiz bir sevinc gətirmişdi. Otaqda divarlardan asılmış sertifikat diplomları gözucu saymağa başladım. Heç 10-na çatmamışdım ki, fikrimi başa düşən professor- özunü yorma,- dedi, deyəsən burada onların sayı yüzdən çoxdur. Mənəbir Azərbaycan cayı , özunə gəl.” söyləyən   Molekulyar Tibb Laboratoriyasının qurucusu prof.Afiq BərdəliAvropada çox yüksək  bir bal alaraq, digər laboratoriyaları geridə qoyduq akkreditə olmağa haqq qazandıq. Bu bir molekulyar tibb laboratoriyası üçün böyük bir qürurdur”,- deyə danışdı. O, qeyd etdi ki, Türkiyədəki bütün universitet dövlət xəstəxanalarından xəstə qəbul edən laboratoriyamızGenetik böyrək narahatlıqlarının diaqnozunu qoyan yeganə mərkəzdir. Ayrıca olaraq tiroid xərçənginin molekulyar erkən diaqnozunu ilk qoyan mərkəz bizik,-deyə  sözunə davam etdi.

Professor Afiq Bərdəlinin yaratdığı Molekulyar Tibbi Laboratoriya onun elminin dəyər  qüdrəti kimi təqdim olunsa da, azərbaycanlı adamı Adil  Pənahov üçün, onun ailəsi doğmaları üçün prof.Afiq Bərdəli Allahın onların evlərinə göndərdiyi xilaskar xeyirxahlardan ən böyüyüdür. Adil belə deyir davam edir:

Məni, eləcə bütün ailəmizi onunla taleyin çox amansız bir hökmü tanış edib dostlaşdırıb. Daha doğrusu bu tanışlıq qızım Səbinənin ağır xəstəliyə düçar olması mülicəsi üçün hər yerdən əlimiz-əlacımız kəsiləndən sonra ona müraciət etməyimizlə başladı. Ağırlığı amansızlığı sözlə ifadə edilə bilməyən ağır saat günlərimizin iztirabına son qoyan bu insan indi, bizim ailənin ən əziz bir adamıdır. Hərdən fikirləşəndə onun bu əvəzsiz xidməti önündə həmişə özümüzü borclu bilirik. Bu insan haqqında söhbət düşəndə Şəmkirdə yaşayan bütün nəslimizin-atam Şəmistan kişinin, anamın, qardaş-bacılarımın üzünə xoş bir təbəssüm, həyatlarına bir firavanlıq gəlir. Mənim nəzərimdə professor Afiq Bərdəli kimi həkim insanın varlıgı, təkcə Azərbaycan xalqı böyuk türk dünyası üçün  yox, həm bütün bəşəriyyət üçün bir ərmağandır, ulu yaradanın insanlığa əvəzsiz verdiyi nemət, bəxşeyişdir. Allah onu qorusun!

Adil Pənahovun bu fikrləri ilə şərik olanları axtarası olsaydıq, bu insanlarının sayının onlarca yox, yüzlərcə olduğunun şahidi olardıq. İndi Azərbaycanda, İranda, İraqda, Suriyada, Misirdə, eləcə Türkiyənin hər bir məkanında professor Afiq Bərdəlini talelərinin yaradanın onlara tuş etdiyi bir xilaskar kimi dəyərləndirən insanlar yaşayırlar. İzmirdə yaşayan adamı,  alim professorun dostu Asif Qurbanov söyləyir ki, elə bir gün olmur ki, bu insanlardan biri-ikisi ona zəng edib, hal-əhvalını soruşmasınlar.

Egey Universitesinin Uşaq xəstəxanasında yaradılan bu elmi mərkəz bu gün bütün Türkiyənin səhiyyə sistemində barmaqla göstərilən istinad edilən bir elm mərkəzidir. Bu günə qədər 30 mindən çox xəstə burada müayinədən keçmişdir. Bu müvəffəqiyyətin bütün Türkiyə Egey Universitetinin tibb fakültəsi üçün böyük əhəmiyyət daşıdığını söyləyən Egey Universiteti Tibb fakultəsinin dekanı prof. Kamil UMANLIOĞLU onu da bildirir ki, Egey Universitetinin Tibb fakültəsi yarım əsri aşan keçmişiylə Türkiyənin ən köhnə, köklü ənənəsi olan fakültələrinin biridir. Fakültəmiz, milli beynəlxalq elm dünyası ilə əməkdaşlığa əhəmiyyət verən, təşkilati baxımdan güclü bir təhsil qurumu olaraq, ölkə dünya gerçəklərinə həssas, araşdırıcı həkimlər yetişdirməyi təməl hədəf olaraq almışdır.  Bu işdə məyi keçən bütün  işçilərimizə minnətdarlığımı bildirirəm. Heç şubhəsiz ki, bu sırada Molekulyar Tibb Laboratoriyanın qurucusu prof.Afiq Bərdəlinin adını çəkməyi özum üçün böyuk bir fəxr hesab edirəm.

Bərdəlilər isə professor Afiq Bərdəlini ilk növbədə Tapdıq kişinin oğlu kimi,  öz soykökünə görə tanıyırlar. Bərdənin Arabaçılar kəndində yurd-yuva qurmuş atası Tapdıq  kişi bütün həyatını  el-obasına həsr etmişdi. Kənddə onu zəhmətkeş, öz dünyası olan xeyirxah bir  kənd müəllimi, təsərrüfat adamı, el-obanın xeyir-şərində irəlidə duran, hər kəsin hörmətlə yanaşdığı ailəcanlı bir insan olduğunu söyləyirlər. Arabaçılar kəndində dünyaya göz açan balaca Afiq 8-ci sinifə kimi doğma kəndlərində, sonra isə Bakıdakı 5 saylı kimya-biologiya təmayüllü məktəbi bitirib. Atası Tapdıq kişini erkən vaxtlarında itirib. Bu itki uzun illər onun yaddaşında silinməz ağrılı izlər buraxsa da yeniyetmə Afiqin öyrənmək, yaratmaq eşqini söndürə bilməyib. Bəlkə bu itki ona həyatın vəfasız amansızlığını göstərməklə yanaşı, həm onun mübarizə olduqca mənalı olduğunu da anlada bilib. Ailənin ortancıl uşağı olan Afiq digər dörd qardaşından bacısından daha ciddiliyi ilə fərqlənib, deyə anası  Göyçək xala bildirir. Az danışardı, amma danışdıqları ilə hər kəsin diqqətini cəlb edərdi. Müəllimləri ,  qonşular da həmişə deyərdilər ki, bu uşaqdan nəsə çıxacaq.  İş elə gətirdi ki, orta məktəbin birinci sinifinə zor-xoş tez getdi, məktəb çantasına o qədər dəftər-kitab yığardı ki, aparıb-gətirməyə gücü çatmazdı. Sonra özünün istəyi rəhmətlik atasının təkidi ilə Bakıya getdi, orada da orta məktəbi bitirdi. Tibb İnstitutuna daxil olmaq xəbərini çox sevinclə qarşıladıq, özü isə bu uğurunu həyatının növbəti bir addımı kimi dəyərləndirdi söylədi ki, ana, mən daha böyük kəşfimlə səni sevindirəcəyəm. Universiteti fərqlənmə ilə bitirib ali təhsilli həkim diplomu aldı, professor oldu, ailə qurdu, indi şükürlər olsun ki, gül kimi 2 övladı da var. Amma yenə söyləyir ki, hələ böyük işlərim qabaqdadır. Kəndə gələndə rayonumuzun hörmətli adamları ona baş çəkməyə gəlir, anlayıram ki, böyük hörmət-izzət sahibidir, amma kəşfinin,işinin olduğu mənə çatmır.Mən bir ana kimi onu sağlam, gümram görmək arzusundayam, kəndimizin havası da ona elə düşür ki. Deyirəm, ay bala, heç olmasa bircə həftə qal, yaxşı deyir. Amma uşaqlıq illərində olduğu kimi fikir-xəyal içərisində, sanki haralar üçünsə darıxdığını aşkarca hiss edirəm. Uzağı 3- gündən sonra gedir. Allah telefon, bir o şəkilli danışığı çıxardanların atasına rəhmət etsin, tez-tez danışırıq. Dünyanın harasında olur-olsun, o həftə olmur ki, mənimlə danışmasın...

Bərdəyə Arabaçılar kəndinə-professorun ata-baba evlərinə axşamdan xeyli keçmiş çatmışdıq. Evə çatanda söylədilər ki, Afiq müəllim yatıb. Birgə getdiyimizXalq qəzetinin baş redaktor müavini Tahir Aydınoğlu Azərbaycanqəzetinin bölgə müxbiri Lazım Quliyevlə bir-birimizə baxdıq, amma heç iki dəqiqə keçməmiş biz əyləşən otağa keçən professorun, anasının dizləri üstündə neçə bir ləzzətlə yüz ilin yuxusunu yatdığını söyləyəndə sanki yenidən doğulmuş kimi onu qucaqladım. Elə bil çox uzun bir ayrılıqdan sonra görüşürdük, amma deməyə sözüm yox idi, həm onu bu cür xoşbəxt duyğulu görməmişdim son aylarda. Çöhrəsindəki təbəssümdən sevincdən sanki hamımıza pay düşdü.

Doğmalarının əhatəsində o, təkcə dünya şöhrətli bir alim deyil, həm bu ocaqda yaşayıb, onun işığını sönməyə qoymayanlar üçün yenilməz, güvənilən qardaşdır, əmi, dayı, oğuldur, qonşudur, uşaqlıq dostudur.  Hər kəsin problemi varsa, onun həllinin dəva-dərmanını professor Afiq Bərdəlidə axtarırlar. O, isə qəribə bir duyğu ilə əziz doğma bildiyi bu adamların hər bir istəyini dəyərləndirir, işləri başından aşsa da onların xahişlərini çox mühüm bir tapşırıq kimi yerinə yetirməyə çalışır. Bərdədə, doğma kəndlərində olanda da onun işindən ayrı olmadığını gördüm. Sabahkı planını soruşanda bildirdi ki, Gəncədə alman həkimlərlə keçiriləcək konfransda iştirak edəcək...

Azərbaycanda  AfgenGenetik Diaqnoz Mərkəzini yaradan professor Afiq Bərdəli deyir ki, Ümumimilli liderimiz Heydər Əliyev Türkiyə Respublikasında səfəri zamanı Bakıya qardaş şəhər olan İzmirdəİzmir-Bakı parkı açmaq üçün gəldiyində, çox sıx proqramına baxmayaraq bu şəhərdə yaşayan azərbaycanlılarla  görüşməyə vaxt ayırdı. Ulu Öndərin o vaxt çox böyük uzaqgörənliklə  söylədiyi sözlər mənim kimi çox insanların da peşə həyatlarına əhəmiyyətli istiqamət vermişdir. Ümummilli liderimiz bizlərə belə söylədi: “Bu çətin günlərdə fərqli yerlərdə ola bilərsiniz, ancaq harada olursunuz olun bir azərbaycanlı olduğunuzu unutmayın, bu ada layiq olun mütləq həyatımı həsr etdiyim Azərbaycan üçün, xalq üçün mütləq faydalı işlər edin”. Bu sözlər məni o illərdə çox təsirləndirdi. O, illərdə dünyada genetika sahəsində ağlasığmaz məlumatlara yol açan bir layihədən ciddi söhbətlər gedirdi. Bu 21-ci əsrin ən əhəmiyyətli müvəffəqiyyəti olaraq qəbul edilən bu gün dünyaya açıqlanan İnsan Gen Layihəsi idi. Belə əhəmiyyətli təklifi həyata keçirmək üçün mütləq bu layihənin müxtəlif sahələrində iştirak edərək genetika sahədə insanlığa bir xidmət vermək qərarına gəldim çox uzun bir yola çıxdım. 2000-ci ildə dünya lider ölkələri tərəfindən bütün dünyaya elan olunan bu layihə 2003-ci ildə tamamlandı insanın DNT-genetik şifrəsi həll edilmiş oldu. 3.250 000 000 000 hərfdən ibarət (nukletit) bu şifrə 30.000 gendən meydana gəlməkdə təxminən 50 000 zülal kodlamkala qəbul edilməkdədir. Genetikanın 21-ci əsrin fərqli bir elm sahəsi olduğunu hər kəs qəbul edir. Bu layihənin nəticələri digər biotexnolok sahələr ilə yanaşı tibb sahəsində yeni diaqnoz müalicə imkanları ortaya qoymuşdur.

Genetikanın ən böyük nailiyyətlərindən biri, ölkə cəmiyyətlər üçün sağlam bir nəsil formalaşdırmaqdır,-deyən professor Bərdəlinin Azərbaycanda yaratdığı genetik diaqnoz mərkəz ən son texnologiya ilə təchiz edilmiş bu sahədə çox təcrübəli personalı ilə xidmət verməkdədir. Mərkəz Azərbaycanda çox nadir rast gəlinən xəstəliklərin doğum əvvəli sonrası genetik diaqnozunu  qoymaqla önəmli bir missiyanı uğurla həyata keçirir. Mərkəzdə hər hansı bir genetik testin  edilməsi ya genetik məsləhət istəyənlərə ətraflı genetik məsləhətlərin verilməsi xidməti vardır.

Təkcə həyat bəxş etdiyi insanlar yoldaşları yox, həm dostları, həmkarları da  onu çox sevir, haqqında doymadan danışırlar. Tibb elmləri doktoru, ümumi laparoskopik cərrah Qurbanxan Müslümov  professor Bərdəli haqqında deyir:

Mən  onu genetikanı öyrənən bu sahədə böyük uğurlar qazanmış yenilikçi alim kimi tanımışam. Düzdü elə yaxın işgüzar əlaqələrimiz olmayıb, amma hal-hazırda  Azərbaycanın ən məşhur klinikalarında səhiyyə ocaqlarında calışan,  gərgin əmək səyləri ilə yaxşı ad-san    qazanan, Türkiyədə təhsil almış onlarca həkim tanıyıram ki, onların hər biri Afiq Bərdəli haqqında fəxrlə ürək dolusu danışır. Onların hər biri üçün Afiq Bərdəli öz xeyirxahlığı ilə, dəyərli məsləhət əməli köməyi ilə yaddaqalan bir insandır. Bu adam haqqında düşündükcə yadıma 15-20 il əvvəl-Almaniyaya təhsilə getdiyim günlər düşür. Hava limanında düşüb görüşəcəyim adama zəng etmək istəyəndə məlum oldu ki, zəng üçün avro lazımdır, o da yoxdur, üstümdəki pulu avro etmək nabələd bir adam üçün  çox çətin bir məsələ idi. Elə bu anda mənə bir nəfər yaxınlaşdı taksafona iki avro salaraq lazımi yerlə danışmağa imkan yaratdı. Danışdığım şəxslə anlaşmamız bitməyəndə yenə iki avro əlavə edib danışığımızı kəsilməyə qoymadı. Mən onun pulunu qaytarmaq istəyəndə o, qəbul etmədi söylədi ki, hələ çox əvvəllər kim isə ona bu yaxşılığı edib, sadəcə olaraq böyük Allah bu gün onun əvəzini qaytarmaq üçün bir şans yaratdı. Düzü tanımadığım bu adamın bu adi yaxşılığı, insani hisslərinin böyüklüyü  bu gün mənim üçün olduqca müqəddəs səmimi bir duyğu kimi yaddaşımdan silinmir. Hər dəfə tanışlarım, həkim dostlarım Afiq Bərdəli haqqında danışanda bu unikal hadisə yadıma düşür. O dəqiqə beynimdən belə bir fikir keçir ki, tibb elminin modern bir sahəsi olan genetikanı öyrənən bu sahədə böyük uğurlar qazanan Afiq Bərdəliin etdiyi həyati xeyirxahlıqlar isə hər kəs üçün əvəzsiz dəyəri olmayan bir fövqəlhadisədir. Təkcə bu xeyirxahlıqlarına görə o, çox böyük  insandır adamların ürəyində həyatında illər boyu yaşamağa layiqdir.

Məşhur ürək-damar cərrahı Rəşad Mahmudov deyir:

Professor Bərdəlinin  tibb elmi sahəsində qazandığı böyük ugurlar bu elm sahəsində  əvəzi olmayan bir xidmətdir. El arasındafalçılıqlamüqayisə edilən bu sahə, tibb elminin modern bir qolu olmaqla bütün dünyanın diqqət mərkəzindədir. Böyük fəxr qürur hissi ilə qeyd etmək istəyirəm ki, bu modern sahənin həm bütün dünyada, həm elm səhiyyənin tərəqqi etdiyi Türkiyədə inkişafı bizim hər birimizin müəllimi yolgöstərəni olan professor Bərdəlinin  adı əməli fəaliyyəti ilə çox sıx bir şəkildə bağlıdır.    

Sözün düzü mən bu barədə danışdıqca yadıma Türkiyənin İzmir şəhərində təhsil aldığım günlər düşür. Keçən əsrin sonlarına təsadüf edən bu dövr təkcə çətinlikləri ilə yox, həm böyük bir əzmkarlıq tarixi kimi yaddaşlarımızda yaşayır. İndi mənim bu dediklərim bu fikirlərlə tanış olanlar üçün ola bilsin ki, çox təəccüblü görünəçək, amma  o dövrdə-90- illərdə Azərbaycanı tanıyanlar, bu ölkə haqqında bilgisi olanlar heç barmaqlarımızın sayı qədər deyildi. İnanın ki, onda eşitsəydik ki, Türkiyənin 3-cu böyük şəhəri olan İzmirə Azərbaycandan kimsə gəlib, bəlkə şəhərin bu başından o başına payi-piyada, yüyürə-yüyürə getməyə hazır idik. Belə bir məqamda Türkiyənin ən ünlü universitetlərindən biri olan Egey Universitetində professor Afiq Hüseynovun işlədiyini eşitmək dünyaya sahib çıxmaq kimi bir fakt idi. Dünyaca şöhrəti olan bu insanı tanıdıqca adam onun sadəliyinə, qayğıkeşliyinə, elminə, əqidə əməllərinə vurulur, bu böyük insana nəcib həkimə özünü borclu bilir.

İzmirdə yaşayan adamı, iqtisadçı alim Asif Qurbanov üçün professor Afiq Bərdəli ən əziz güvənilən adamlardan, həm dostlardan  biridir. O, deyir:

Elə adamlar var ki, onlar haqqında düşünəndə insanın üzü gülür. Afiq müəllim məhz belələrindəndir, onun  haqqında düşünəndə pozitif işıq alırsan, onu şəxsən tanıyanlar bu xoş əhval-ruhiyyəni hiss edirlər.Neçə illər əvvəl-hələ İzmirdə tələbə olduğum vaxtlarda Afiq həkimi tanımışam. İlk ünsiyyətdə  olduğum anlardan da onun istər böyük bir insan vətənpərvər olduğunun şahidi olmuşam. O, ziyalı təbiəti, erudisiyası, həyata, insanlara dövlətçiliyimizə özünəməxsus baxışları ilə yadda qalan bir insandır. Hər dəfə onunla söhbət etdikdə, görüşdükdə qarşımda insani elmi cəhətdən yetkin, müdrik bir şəxsin dayandığını hiss edirəm

Afiq müəllimi istər mənə, istərsə başqalarına  sevdirən dost edən onun səmimiyyəti, əqidəsidir, gördüyü işləridir... Dünyaya, həyata ümidli, inamlı baxışlarıdır. Heç yadıma gəlmir ki, onunla tanış olduğum 20 ilə yaxın bir muddətdə Afiq Bərdəli öz şəxsi bir işi üçün kiməsə ağız açsın, ya da bir xahiş etsin. Amma hər bir İzmirə gələn azərbaycanlı gənç üçün ya xəstə üçün  Afiq Bərdəli ərki çatıb-çatmasa da qapılar döyub, xahişlər edib...

Afiq Bərdəlinin məşğul olduğu elm sahəsi ilə tibb mütəxəssisi olmadığımdan yaxın tanışlığım yoxdur. Amma onun elmi axtarışları əldə etdiyi uğurlar haqqında bütün Türkiyənin necə maraq ehtizasla danışdığının dəfələrlə şahidi olmuşam. Həmişə yenilikçi alim kimi tanınan bütün Türkiyədə, o cümlədən İzmirdə beynəlxalq əhəmiyyətli  elmi uğurları ilə ad çıxaran professorun uğur qələbəsi, təkcə Afiq müəllimin deyil, bütövlükdə Azərbaycan elminin uğuru kimi böyük bir dəyərə malikdir.

Bu gün Azərbaycanın ən ünlü klinikalarında çalışan, ad-sanları əməli fəaliyyətləri ilə səhiyyəmizin Avropa tibbinə inteqrasiyasına çalışan həkimlərimizin adlarını saymaqla qurtaran deyil. Bu sırada Türkiyə, eləcə İzmirin səhiyyə müəssisələrində böyük həyat yoluna akademik  təhsilə yiyələnmiş gənclərimiz az deyil. Onların hər birinin həyatında   professor Afiq Bərdəlinin həm nəcib xeyirxah bir insan kimi, həm çox dəyərli bir müəllim həkim kimi silinməz izləri, daimiyaşar xatirələri var. Həmişə bu cür nurlu, dəyərli olasan, Afiq hocam!

Redaksiyadan: Bu günlərdə professor Afiq Bərdəlinin 50 yaşının tamam olduğunu öyrəndik. Biz “525-ci qəzetin kollektivi adından onu təbrik edir, cansağlığı gələcək işlərində uğurlar arzulayırıq!

 





23.11.2012    çap et  çap et