525.Az

Bazarlarda nəzarət gücləndirilib


 

Bazarlarda nəzarət gücləndirilib<b style="color:red"></b>

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi bayramqabağı bazarlarda süni qiymət artımının olmaması üçün nəzarət tədbirlərini gücləndirib.
 
Bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.
 
Onun sözlərinə görə, nazirlik bazarlarda bayramqabağı kənd təsərrüfatı məhsullarında süni qiymət artımının və bahalaşmanın olmaması üçün stimullaşdırıcı tədbirlər görür və bazarlarda bolluq yaratmağa çalışır: “Süni qiymət artımının qarşısını almaq məqsədilə hazırda müavinlərim və nazirlik əməkdaşları Xətai yarmarkasındadır. 30 nəfərdən artıq əməkdaşımız digər yarmarkalardadır. Bizim məqsədimiz bazarda stimullaşdırıcı tədbirlər görərək bolluq yaratmaqdır”.
 
Nazir əmin edib ki, bazarlarda qiymət artımı və məhsul qıtlığı ilə hər hansı təhlükəli meyl gözlənilmir.

Cavid ŞÜKÜROV

 





27.12.2014    çap et  çap et