525.Az

Sumqayıtda 89 min partlayıcı oyuncaq aşkarlandı


 

Sumqayıtda 89 min partlayıcı oyuncaq aşkarlandı<b style="color:red"></b> Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları profilaktik tədbirləri davam etdirir.

Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, idarə əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində səyyar satışla məşğul olan şəhər sakinləri Azər Məmmədovdan, Elvin Alıyevdən və Mübariz Zeynalovdan ümumilikdə 89 min ədəd yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb.
 
Araşdırmalar davam etdirilir.
 





27.12.2014    çap et  çap et