525.Az

İlham Əliyev Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsini təsdiq edib


 

İlham Əliyev Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsini təsdiq edib<b style="color:red"></b>

Prezident İlham Əliyev Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsini təsdiq edib.
 
525.az-ın məlumatına görə, akademiya ümumi, orta ixtisas, ali və əlavə təhsil proqramlarını həyata keçirən, klassik balet, dünya xalq və Azərbaycan rəqsləri üzrə ali təhsilli kadrlar hazırlayan, fundamental və tətbiqi elmi tədqiqatlar aparan dövlət təhsil kompleksidir.

Akademiya Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək. Bakı Xoreoqrafiya Akademiyası yüksəkixtisaslı mütəxəssislərin və elmi-pedaqoji kadrların hazırlayacaq, ümumi, orta ixtisas, ali və əlavə təhsil proqramlarını həyata keçiriləcək.
Milli, estetik, mədəni və elmi dəyərlərin qorunması və inkişafı, fundamental və tətbiqi elmi tədqiqatların aparılması da Akademiyanın fəaliyyətinin əsas istiqamətləridir.
Akademiya bilavasitə və tabeliyində olan təhsil müəssisələri vasitəsi ilə ümumi təhsil, ibtidai təhsil, ümumi orta təhsil orta ixtisas təhsili ali təhsil bakalavriat magistratura doktorantura təhsil pillələri üzrə təhsil proqramlarını həyata keçirir.

Akademiya metodiki işin və ixtisas standartlarının təşkili və təkmilləşdirilməsi, tədris-metodik tövsiyələrin, dərs vəsaitlərinin, elmi-metodik sənədlərin və ədəbiyyatın hazırlanması işini həyata keçirir, bədii-yaradıcılıq istiqamətində iş aparacaq.

 





27.12.2014    çap et  çap et