525.Az

Məşhurlarımız moda sərgisində


 

Məşhurlarımız moda sərgisində<b style="color:red"></b>

Ötən gün paytaxtımızda Türkiyəli iş adamı xanım Hatice Aydenizin moda sərgisi keçirilib.

Lent.az-ın məlumatına görə, "Four Seasons" otelində bas tutan gecədə modellər tanınmış modelyerlərin əl işlərini nümayiş etdirib.
 
Dəfilədə baş manikenlik həmyerlimiz model və aktrisa Günay Musayevaya həvalə olunub. Bu yaxınlarda Türkiyə Azərbaycan arasında mədəniyyət elçisi mükafatına layiq görülən Günay bakılı modasevərlərin qarşısına xüsusi kolleksiyalardan olan geyimlərlə çıxıb. Sərgidə "Hadijce" markasından hazırlanmış qadın və kişi geyimləri də nümayiş olunub.

Qeyd edək ki moda sərgisində tanınmışlardan müğənni Zamiq Hüseynov, Samir Cavadzadə, Elnur Hüseynov, Sevda Ələkbərzadə və digərləri iştirak edib. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin eləcə də Türkiyənin Azərbaycandakı Səfirliyinin dəstəklədiyi “Turkish Fashion Day”ə hər iki ölkədən olan siyasətçilər, sənət və iş adamları qatılıb.

Bu layihəyə Dilek Hanif, Qamze Saraçoğlu, Özgür Masur, Özlem Süer, Raisa & Vanessa, Serli keçioğlu, Tuvana Büyükçınar, Yıldırım Mayruk, Zeynep Erdoğan ve Zeynep Tosun kimi tanınmış moda mütəxəssisləri dəstək olub.

 





27.12.2014    çap et  çap et