525.Az

Gürcüstan prezidenti Vladimir Putinlə görüşməyə hazırdır


 

Gürcüstan prezidenti Vladimir Putinlə görüşməyə hazırdır<b style="color:red"></b> Gürcüstanın prezidenti Georgi Marqvelaşvili Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazırdır.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu prezidentin xarici əlaqələr üzrə müşaviri Tenqiz Pxaladze bəyan edib.
 
"Görüş Gürcüstanın ərazi bütövlüyünün bərpası məsələsinə aid olarsa prezident hər bir kəslə görüşməyə hazırdır", deyə T.Pxaladze bildirib.
 
O, həmçinin qeyd edib ki, əvvəllər prezident dəfələrlə  bu barədə danışıb, lakin hazırkı  mərhələdə görüş planlaşdırılmayıb.
 





27.12.2014    çap et  çap et