525.Az

Düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü ələ keçirilib


 

Düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü ələ keçirilib<b style="color:red"></b> 26 dekabr axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

525.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı əvvəlcədən aşkar edilərək alınıb.
 
Qısa atışmadan sonra xeyli sayda itki verərək geri çəkilən düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü peşəkar hərbi qulluqçu, ilkin məlumata görə Baqdasaryan Arsen Eduardoviç əsir olaraq ələ keçirilib.

Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır.
 





27.12.2014    çap et  çap et