525.Az

Dillər Universitetində general Əliağa Şıxlinski ilə bağlı tədbir keçirildi


 

Dillər Universitetində general Əliağa Şıxlinski ilə bağlı tədbir keçirildi<b style="color:red"></b>

Dünən Azərbaycan Dillər Universitetində (ADU) "General Əliağa Şıxlinski və Çin" adlı elmi-tarixi seminar keçirilib.

ADU-dan verilən xəbərə görə, tədbir universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli generalı Əliağa Şıxlinskinin karyerasının Çin mərhələsinə həsr olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Çin dili və mədəniyyəti mərkəzinin direktoru Rafiq Abbasov "General Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı 20 noyabr 2014-cü il tarixli sərəncanımı xatırladaraq qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" ərəfəsində bu seminarın keçirilməsi Azərbaycanın milli maraqlarının qorunması naminə dünya azərbaycanlılarını birləşdirməyə, gənclərin vətənpərvər ruhda yetişdirilməsinə xidmət edir.

Seminarda çıxış edən ADU-nun Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələr və müəllimlər XX əsrin Çin hərbi tarixinin ən mühüm hadisələri, general Ə.Şıxlinskinin həyatının müxtəlif dövrləri və hərbi xidmətindən, onun artilleriya elminin nəzəri və təcrübi bazasına verdiyi əvəzsiz töhfələrindən danışıblar.

Seminarda məşhur rejissor Ziya Şıxlinski, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Bakı şöbəsinin sədri, polkovnik Məhərrəm Cahangirov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademiki Teymur Bünyadov general Ə.Şıxlinski haqqında danışıblar.

Seminarın sonunda Əliağa Şıxlinskinin "Mənim xatirələrim" kitabından çıxarışlar səslənib və Azərbaycanın əfsanəvi generalının çətin taleyi və döyüşdə göstərdiyi şücaətdən bəhs edən sənədli film nümayiş olunub.

Vəfa MƏMMƏDLİ

 





26.12.2014    çap et  çap et