525.Az

"Sürüşmə zonaları aktivləşməyib”


 

"Sürüşmə zonaları aktivləşməyib”<b style="color:red"></b>

“Azərbaycanda sürüşmə zonaları aktivləşməyib”.

APA-nın xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.
 
Nazir sürüşməyə səbəb olan amillərdən birinin də antropogen amillər olduğunu açıqlayıb: “Təhlükəli yerlərdə iş aparılarkən təbii ki, o, reaksiya verir. Sürüşməyə meylli  ərazilərdə qazıntı işləri aparan zaman bilməlisən ki, o ərazilər hər an sürüşə bilər”.
 
Nazir bildirib ki, sürüşmə adətən payız aylarında daha aktiv olur: “İlk yağışdan dayanıqlığını itirmiş ərazilərdə belə hallara rast gəlmək olur. Bu, yeni hal və yeni problem deyil.

Əsasən tikinti və qazıntı işləri aparan şəxslər texnogen, antropogen və ərazi xüsusiyyətləri hallarını nəzərə almalıdırlar. Bu hallar 90 faiz Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə məsləhətləşmədən aparılır və nəticədə sürüşmə aktivləşir. Qanunla nəzarət olunmuş razılaşdırmalar milli geologiya xidməti orqanlarının əməkdaşları ilə razılaşdırılmış şəkildə aparılmalıdır. Nəticədə geoloqlar razılaşdırmaya rəy verməlidirlər”.
 

 





24.12.2014    çap et  çap et