525.Az

Şeyx dindarları seçkiyə çağırdı


 

Şeyx dindarları seçkiyə çağırdı<b style="color:red"></b>

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı dindarlara müraciət edib.

APA-nın məlumatına görə, şeyxülislam Məhəmməd Peyğəmbərin vəfatının ildönümü ilə bağlı QMİ-də keçirilən tədbirdə ölkə dindarlarını bələdiyyə seçkilərində iştiraka çağırıb.

A. Paşazadə bildirib ki, sabah keçiriləcək seçkidə dindarların iştirakı dövlətçiliyə dəstəkdir: “Mən üzümü dindarlara tutub deyirəm: kimə səs verəcəksiniz, öz işinizdir. Amma hamı gedib seçkidə iştirak etsin. Çünki bu, dövlətçiliyimizə dəstək deməkdir”.

 





22.12.2014    çap et  çap et