525.Az

Ali məktəbin nəzdində uşaq bağçası olacaq


 

Ali məktəbin nəzdində uşaq bağçası olacaq<b style="color:red"></b>

Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Təhsil və media dialoqu” mövzusunda praktik konfransın ikinci paneli Bakı Ali Neft Məktəbində keçirilir.

Lent.az-ın məlumatına görə, tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək bildirib ki, media və təhsil dialoqu ali məktəbi idarə edən şəxslərə də lazımdır. Rektor vurğulayıb ki. ictimaiyyətlə və mətbuatla əlaqələr mövzusu idarəçilikdə əsas istiqamətlərdən biri olmalıdır:

“Bu məsələ BANM üçün çox önəmli məsələdir. Təkcə göstərilən fəaliyyətin KİV-də işıqlandırılması deyil, həm də ictimaiyyətə necə çıxması önəmlidir. Bundan sonra artıq mətbuat orqanı rəhbərlərinin təlimləri keçirilməlidir. Çünki yeniliklər olmadan inkişaf etmək mümkün deyil. Bu sahədə öyrənəcəyimiz şeylər çoxdur”.

Rektor onu da qeyd edib ki, BANM üçün Qafqazın ən böyük kampusu tikilir:

“Gələn il sentyabrın 15-dən Bakı Ali Neft Məktəbi fəaliyyətini yeni kampusda davam etdirəcək. Burada tələbələrin, müəllimlərin təhsili üçün hər bir şərait yaradılacaq. Hətta bu kampusda kiçik uşaq bağçası da olacaq ki, bu da gənc müəllimlərin uşaqları üçün nəzərdə tutulub”.

Qeyd edək ki, tədbir “APA Holdinq” və “Azad Azərbaycan” Televiziyasının informasiya dəstəyi ilə keçirilir.

 





22.12.2014    çap et  çap et