525.Az

Xarkovda həmrəylik gününə həsr olunmuş bayram konserti keçirilib


 

Xarkovda həmrəylik gününə həsr olunmuş bayram konserti keçirilib<b style="color:red"></b>

Xarkov Milli Akademik Opera və Balet Teatrında  Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş bayram konserti keçirilib.

525.az-ın məlumatına görə, konsertdən öncə  fəxri konsulluğumuzun  binasında Azərbaycanla Ukrayna  arasındakı regionlararası əməkdaşlığın inkişaf perespektivlərinə həsr olunmuş mətbuat konfransı olub..

Xarkov,Sumı,Zaporojye və digər vilayətlərin sənaye müəssisələri rəhbərlərinin ,Xarkov vilayət və şəhər  deputatlar şurası sədrlərinin ,ali rada deputatlarının ,diplomatların  və sahibkarların iştirak etdiyi mətbuat konfranslnda Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov çıxış edərək  Azərbaycanla Ukrayna arasında münbit investisiya mühüti haqqında məlumat verib.

Azərbaycan respublikasının prezidenti İlham Əliyevin  ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verdiyini bildirən konsul qey edib ki ,təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş  Azərbaycan Ukrayna dostluğunun dahada inkişaf etdirilməsi üçün ona verilən göstəriş və  tapşırıqların həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcək.

O, bu baxımdan İkitərəfli regional əməkdaşlığın  və iqtisadi ,ticari əlaqələrin inkişaf etdirilməsi üçün intensiv görüşlərin və danişıqların aparıldığını ,bunun üçün Xarkov vilayətinin bir sıra sənaye müəssisələri rəhbərlərinin və yerli sahibkarların Azərbaycana işgüzar səfərlərinin  hazırlandığını bildirib.

Jurnalistlərə Azərbaycanla Ukrayna arasındakı iqtisadi  əlaqələrin statistiq göstəriciləri  haqqda məlumat verən Azərbaycanın Ukraynadakı səfiri  Eynulla Mədətli  bu il Azərbaycanın Xarkov şəhərində fəxri konsulluğunun açılmasından sonra ikitərəfli regional iqtisadi,ticari,elmi,texniki  əməkdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.

Bu baxımdan fəxri konsul Əfqan Salmanovun səmərəli fəaliyyətini yeüsək dəyərləndirib .Tədbirdə çıxış edən Azərbaycan Ukrayna parlametlərarası dostluq qrupunun sədri,Ali Radanın deputatı Oleq Madunits , Xarkov Vilayət Şurasının sədri Sergey Çernov, Türkiyənin Xarkovdakı fəxri konsulu Vladimir Belıy, Ukraynanın keçmiş xalq deputatı Vladimir Zaplatinski  son illər Azərbaycanın inkişaf edərək Cənubi Qafqazda lider dövlətə çevrilməsinin kökundə dahi Heydər Əliyev ideologiyasının dayandığını vurğulayıblar.

Onun müdrük və uzaqgörən siyasətinin prezident İlham Əliyev tərəfindən  böyük uğurla davam etdirildiyini bildiriblər.     

Sonra  tədbirə qatılanlar Xarkov Milli  Akademik Opera və Balet Teatrının foyesində təşkil olunmuş azərbaycanlı  rəssamların əsərlərindən ibarət  sərgi  ilə tanış olublar.Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə keçirilən bayram təbdirində Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov və ölkəmizin Ukraynadakı səfiri Eynulla Mədətli çıxış edərək,müstəqil Azərbaycan dövlətinin qurulmasında və dünya Azərbaycanlılarının milli məvkurə ətrafında birləşməsində ümummili lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar.Əfqan Salmanov öz çıxışında bildiribki, ulu öndərimizin belə bir günü tarixə salması dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlını sözün əsl mənasında milli azərbaycançılıq məvkurəsi ətrafında birləşdirib. 

Dahi öndərin bu siyasi kursu möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən fəxri konsul son illər Azərbaycanın böyük inkişaf yolu keçdiyini ,xalqımızın öz maddi və mənəvi dəyərlərinin sahibinə çevrildiyini diqqətə çatdırıb  Ali baş komandanmızın apardığı məqsədyönlü siyasət nəticəsində İşğal altında olan torpaqlarımız tezliklə düşmən tapdağından azad olunacağını qeyd edib  .    

Qarşıdan gələn həmrəylik günü  və  yeni il münasibəti ilə Ukrayna və Axərbaycan xalqına sülh və əminamanlıq arzulayıb..Tədbirdə Ukrayna Azərbaycan parlamentlərarası dostluq  qrupunun sədri ,ali radanın deputatı Oleq Medunitsa, Xarkov vilayət deputatlar şurasının sədri Sergey Çernov və digər rəsmi şəxslər çıxış edərək ,Xarkov şəhərində Azərbaycanın fəxri konsulluğunun açılması ilə ölkələrimiz arasındakı regional əməkdaşlığın inkişaf etdirilməsinə  görə Azərbaycan respublikasının prezidenti İlham Əliyevə minnədarlıqlarını bildiriblər.

Qarşıdan gələn yeni il və  həmrəylik günü münasibəti ilə  dost Azərbaycan və Ukrayna xalqlarına xoş və səmimi bayram təbriklərini çatdırıblar. Azərbaycanla Ukrayna arasındakı regional əməkdaşlığın inkişafındaki xidmətlərinə görə  Azərbaycanın Xarkovdakı fəxri konsulluğu Xarkov vilayət deputatlar şurasının və bir sıra  dövlət qrumlarının  fəxri diplomları ilə  mükafatlandırılıb.

Xarkov,Dnepropetrovsk, Sumı,Zaporojye və digər vilayətlərdə yaşayan soydaşlarımızın əsl  birlik və həmrəylik təntənəsinə çevrilən bayram  konsertində  Ukraynanın Xalq artisti Qurban Abbasovun,Ukraynanın əməkdar artistləri Anna və Mariya bacılarının, Viktor Pavlik ,Katerina Bujanskaya və Oleq Podolskiy kimi sevilən müğənnilərin , Azərbaycanın estrada ulduzu Natavan Həbibinin ifalarında  maraqlı konsert proqramı nümayiş etdirilib.

Taninmış səhnə ulduzlarının şən və  həzin mahnıları tədbirə qatılanlara əsl bayram ovqatı bəxş edib. 

Möhsüm Qədiroğlu
Azərbaycan Televiziyasının Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri

 





22.12.2014    çap et  çap et