525.Az

Polis gücləndirilmiş iş rejiminə keçdi


 

Polis gücləndirilmiş iş rejiminə keçdi<b style="color:red"></b>

Azərbaycan polisi bu gündən gücləndirilmiş iş rejiminə keçib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, sabah Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar polis dekabrın 22-dən 25-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq. Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.
 
Qeyd edək ki, dekabrın 23-ü Azərbaycanda bələdiyyə seçkiləri günüdür.

 





22.12.2014    çap et  çap et