525.Az

ABŞ Güləni Türkiyəyə verəcəkmi?


 

ABŞ Güləni Türkiyəyə verəcəkmi?<b style="color:red"></b> “Xəbərləri görmüşük. Dövlət Departamenti Türkiyə hakimiyyətinin Fətullah Güləni ABŞ-dan tələb etməsi xəbərlərinə münasibət bildirə bilməz. Bu məsələ ilə bağlı ətraflı məlumatı Türkiyə hakimiyyətindən soruşmaq lazımdır”.

Lent.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki Vaşinqtonda keçirdiyi mətbuat konfransında səsləndirib.
 
Qeyd edək ki, Türkiyədə nurçuların lideri, hazırda ABŞ-da yaşayan Fətullah Gülən haqqında “terror təşkilatına liderlik etmək” ittihamı əsasında həbs qərarı çıxarılıb.
 
Dekabrın 14-də həyata keçirilən əməliyyat zamanı Türkiyə polisi nurçuların media orqanlarının bəzi rəhbər və əməkdaşlarını, eləcə də bu cərəyanın nümayəndələri olan bəzi keçmiş polis rəislərini saxlayıb.
 
Fətullah Gülən 1999-cu ilin martından ABŞ-ın Pensilvaniya ştatında yaşayır.
 





20.12.2014    çap et  çap et