525.Az

Braziliyada İlyas Əfəndiyevin portuqalca nəşr edilmiş kitabının təqdimatı olub


 

Braziliyada İlyas Əfəndiyevin portuqalca nəşr edilmiş kitabının təqdimatı olub<b style="color:red"></b>

Azərbaycanın Braziliyadakı səfirliyinin dəstəyi və Braziliya Mədəniyyət Nazirliyinin “Milli İncəsənət Fondunun” (FUNARTE) təşkilatçılığı ilə Rio de Janeyro şəhərində Azərbaycanın Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin bu ölkədə portuqal dilində nəşr olunmuş “Seçilmiş əsərlər” kitabının təqdimatı keçirilib.

Səfirlikdən bildirilib ki, mərasimdə FUNARTE-nin prezidenti Guti Fraqa Azərbaycanın tanınmış yazıçısının əsərlərinin portuqal dilində nəşr edilməsinin vacib mədəni hadisə olduğunu deyib. Bunun Braziliya oxucusuna Azərbaycan ədəbiyyatı ilə tanış olmaq üçün yeni imkan yaratdığını söyləyib.

Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalandığı və dramaturqun zəngin yaradıcılığı barədə məlumat verib. E.Sultanov kitab təqdimatının ölkələrimiz arasında mədəniyyət sahəsində ikitərəfli əlaqələrin inkişafına töhfə olduğunu bildirib.

“İncəsənət şəhəri” mərkəzinin prezidenti Emilio Kalil Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti ilə tanış olduğunu qeyd edərək, kitabın Braziliyada maraqla qarşılanacağına əminliyini bildirib.

Sonra braziliyalı teatr aktyorları ədibin “Sən həmişə mənimləsən” pyesini portuqal dilində oxuyublar.

Tədbirdə Rio de Janeyro şəhərinin rəsmiləri, akademik və mədəni dairələrin nümayəndələri habelə, Azərbaycan icmasının üzvləri iştirak ediblər.

 





20.12.2014    çap et  çap et