525.Az

Millət vəkilinin anası vəfat etdi


 

Millət vəkilinin anası vəfat etdi<b style="color:red"></b> Tanınmış şairə, millət vəkili Jalə Əliyevanın anası Nurəngiz Gün vəfat edib.

525.az-ın xəbərinə görə, bu barədə Modern.az məlumat yayıb. Millət vəkilinin anası  bu gün səhər saatlarında vəfat edib.
 
Məlumata görə, dəfn mərasimi sabah baş tutacaq.
 
Qeyd edək ki, Nurəngiz Gün 1938-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbində, sonra isə ADİU-da təhsilini davam etdirib. Oxucularla ilk görüşə "Ulduz" jurnalında dərc edilən "Tanrı" (1981) povesti ilə gəlib. 
 





20.12.2014    çap et  çap et