525.Az

Ukrayna BVF-dan daha çox maliyyə yardımı istəyir


 

Ukrayna BVF-dan daha çox maliyyə yardımı istəyir<b style="color:red"></b> Ukrayna prezidenti Pyotr Poroşenko Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristin Laqardla telefon söhbətində ölkəsinin daha çox maliyyə yardımına ehtiyacı olduğunu bildirib.
 
APA-nın məlumatına görə, xəbəri Ukrayna Prezidentinin rəsmi saytı yayıb.
 
P.Poroşenko Ukraynanın BVF-u qarşısında götürdüyü öhdəliklərin davamlı şəkildə yerinə yetirildiyini vurğulayıb.
 
“Həmsöhbətlər Ukraynadakı iqtisadi vəziyyəti və BVF-un Stand-By proqramı çərçivəsində birgə öhdəlikləri müzakirə ediblər”, məlumatda qeyd edilir.
 
Poroşenko və Laqard həmçinin yaxın dövr üçün nəzərdə tutulan qarşılıqlı əlaqələrin qrafikini razılaşdırıblar.
 





20.12.2014    çap et  çap et