525.Az

ABŞ Krıma qarşı sanksiyaları genişləndirdi


 

ABŞ Krıma qarşı sanksiyaları genişləndirdi<b style="color:red"></b> ABŞ Ukraynada davam edən böhranla əlaqədar Krıma qarşı sanksiyaları genişləndirib.
 
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, prezident Barak Obamanın fərmanına əsasən, ABŞ vətəndaşlarına Krım regionuna hər hansı investisiya yatırmasını qadağan edilib.
 
Fərman Krımdan malların, xidmətlərin və texnologiyaların ABŞ-a idxalını, həmçinin ABŞ-dan malların satışını və təchizatını, xidmətlərin və texnologiyaların ixracını və təkrar ixracını qadağan edir.
 
Bundan əvvəl Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiqini bəyan etmişdi.
 





20.12.2014    çap et  çap et