525.Az

Xaçmaza 4 milyon manat ayrılıb


 

Xaçmaza 4 milyon manat ayrılıb<b style="color:red"></b> Prezident İlham Əliyev Xaçmaz rayonunun Qusarçay-Pirquluoba-Yeni Həyat avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

525.az-ın məlumatına görə, sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qusarçay-Pirquluoba-Yeni Həyat avtomobil yolunun tikintisi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 4 milyon manat ayrılıb.
 
Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edəcək.
 





19.12.2014    çap et  çap et