525.Az

Nazir narazılıq etdi


 

Nazir narazılıq etdi<b style="color:red"></b>

“Son dövrlərdə ali məktəblərin fəaliyyət istiqamətlərinə aid fundamental və elmi araşdırmaların aparılması obyektiv və subyektiv səbəblər üzündən ikinci plana keçib”.

Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bildirib.

O qeyd edib ki, bir çox ali məktəblərə elmi yaradıcılıq fəaliyyəti müasir elmin tələblərinə uyğunlaşmır, elm və tədrislə elm və istehsal arasında əlaqə mövcud deyil.

“Halbuki, elmi və texniki dəstək olmadan nəinki ali təhsildə, digər təhsil pillələrində də davamlı inkişafı təmin etmək mümkün deyil.

Qısa zamanda elmin prioritet inkişaf istiqamətləri müəyyənləşdirilməlidir. Bu istiqamətdə işlər sürətləndiriləcək.

Dünya elminin tələblərinə uyğun elmi tədqiqatların aparılmasının vacib standartlarını işləyib hazırlamaq məqsədilə universitetlərarası şura yaradılmalıdır. Alimlər təkcə ali təhsil üzrə kifayətlənməməli, təhsil proqramlarının, kurikulumların təkmilləşməsinə müasir dərslik və tədris resurslarının yaradılmasına öz töhfəsini verməlidir”.

 





19.12.2014    çap et  çap et