525.Az

Orta məktəblərdən biri AMEA-ya veriləcək


 

Orta məktəblərdən biri AMEA-ya veriləcək<b style="color:red"></b>

“Təhsil Nazirliyinin tabeçiliyində olan tam orta məktəblərindən birinin AMEA-nın baza məktəbi kimi fəaliyyət göstərməsi qərara alınıb”.

Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bildirib. O qeyd edib ki, həmin məktəbə bu günün tələblərinə cavan verən yeni modelin və proqramın tətbiqi üçün poliqon kimi baxılmalıdır:

“Bunun ümumu təhsil sistemində interaktiv elmi biliklərin tətbiqinə yol açacağına ümid edirik. Dünya rəqabət dünyasıdır. Bizim uşaqların rəqibləri hazırda dünyanın müxtəlif ölkələrində böyüyür. Elmi potensialın qorunub saxlanması, gənc elmi kadrların hazırlanması qarşımızda duran ən vacib məsələrdəndir”.

M. Cabbarov bildirib ki, təhsilsiz elmi, elmsiz təhsili təsəvvür etmək mümkün deyil. “Ali təhsildə istedadlı gənclərin potensialının inkişafı, elm, təhsil, müasir texnologiyalara bağlılığı təmin etmək məqsədilə ali məktəblərdə “Sabah” qrupları yaradılıb”.

Nazir vurğulayıb ki, indiyə kimi 3184 nəfər müvafiq Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alıb:

“Proqram çərçivəsində son 2 ildə seçilmiş 572 tələbədən 330 nəfər magistr, 45 nəfər doktorant, 65 nəfər dissertant təhsili qazanıb. Hazırda 2016-2020-ci illərdə xaricdə təhsil üzrə dövlət proqramının hazırlanması sahəsində işlər gedir. Bu layihədə ali təhsil müəssisələri üçün elmi kadrların yetişdirilməsi, ali məktəb müəllimlərinin təcrübə keçmə və ixtisasartırma, professor-müəllim heyətinin mübadiləsinə mühüm yer verilib.

Eyni zamanda əcnəbi professor-müəllim heyətinin Azərbaycanın ali məktəblərində tədris prosesinə cəlb olunması təmin ediləcək. Bu layihənin icrası nəticəsində ali təhsil müəssisələrində kreativ düşüncəli gənc alimləri yetişdirmək mümkün olacaq”.

 





19.12.2014    çap et  çap et