525.Az

Alimlərin I Qurultayı keçirilir


 

Alimlərin I Qurultayı keçirilir<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan alimlərinin I Qurultayı keçirilir.

Lent.az-ın məlumatına görə, AMEA, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadə, baş nazirin müavini humanitar məsələlər üzrə müavini Elçin Əfəndiyev, Dövlət müşaviri, akademik Kamal Abdulla, AMEA prezidenti Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, respublika üzrə dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarında elmi fəaliyyətlə məşğul olan müəssisələrin səlahiyyətli nümayəndələri, həmçinin xarici ölkələrdə yaşayan nüfuzlu azərbaycanlı alimlər iştirak edirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə “Müasir dünyanın çağırışları və Azərbaycan elminin prioritetləri” mövzusunda məruzə ilə çıxış edib.
 
Tədbirdə ilk öncə Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadə prezident İlham Əliyevin qurultay iştirakçılarına ünvanlanan təbrik məktubunu oxuyub.

 





19.12.2014    çap et  çap et