525.Az

Xalq artisti Gülşən Qurbanovanın doğum günüdür


 

Xalq artisti Gülşən Qurbanovanın doğum günüdür<b style="color:red"></b> Bu gün xalq artisti Gülşən Qurbanovanın doğum günüdür.

Lent.az-ın məlumata görə, Gülşən Ağadadaş qızı Qurbanova 19 dekabr 1950-ci ildə dünyaya gəlib. 1974-cü ildə Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. Həmin ildən Gənc Tamaşaçılar Teatrında çıxış etməyə başlayıb.

Aktrisa kimi fəaliyyəti dövründə yaratdığı obrazlar Gülşən Qurbanovaya tamaşaçı sevgisi qazandırıb.

"Mənim nəğməkar bibim" tamaşasındakı Mərcan, "Şirinbala bal yığır" tamaşasında Eyzəngül, "Məhəbbət novellası" tamaşasında Gülnarə və digər obrazlarını Azərbaycan tamaşaçısı yaxşı xatırlayır.
 
Qeyd edək ki, G.Qurbanova 2006-cı il noyabrın 17-i dünyasını dəyişib. 
 





19.12.2014    çap et  çap et