525.Az

ABŞ-dan Venesuelaya qarşı sanksiya


 

ABŞ-dan Venesuelaya qarşı sanksiya<b style="color:red"></b> ABŞ prezidenti Barak Obama  Venesuelanın rəsmi şəxslərinə qarşı sanksiyaların tətbiq edilıməsi haqqında qanunu təsdiqləyib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin saytında dərc olunmuş məlumatda deyilir.
 
“Venesuelada 2014-cü ildə insan haqları və vətəndaş azadlıqlarının qorunması” adlı sənəddə insan haqlarının pozulması halları ilə əlaqəsi olan şəxslərə qarşı sanksiyaların tətbiq edilməsi bildirilir.  
 
Qanuna əsasən, Venesuela məmurlarına ABŞ vizalarının verilməsinə qadağa qoyulub.
 
Venesuela prezidenti Nikolas Maduro Obamanın bu addımını ağılsızlıq adlandırıb.
 





19.12.2014    çap et  çap et