525.Az

Rusiyaya qarşı yeni sanksiyalar tətbiq oluna bilər


 

Rusiyaya qarşı yeni sanksiyalar tətbiq oluna bilər<b style="color:red"></b>

Avropa Parlamentinin sədri Martin Şults Rusiyaya qarşı yeni sanksiya paketi hazırlamağa çağırıb.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, Şults Rusiyaya qarşı hazırda tətbiq edilən sanksiyaların yüngülləşdirilməsinə səslənən çağırışların əleyhinə olduğunu da qeyd edib. 
 
“Üç mərhələli sanksiya rejimi hələlik saxlanılmalıdır... Münaqişənin mümkün dərinləşməsinə hazır olmağımızı təmin etmək üçün biz daha bir məqsədyönlü sanksiya paketi üzərində çalışmalıyıq”, deyə Şults Aİ liderlərinin sammitində çıxışı zamanı bildirib.  

 





18.12.2014    çap et  çap et