525.Az

“Şərq Tərəfdaşlığı” ölkələrinə 33,8 milyon avro ayrılacaq


 

“Şərq Tərəfdaşlığı” ölkələrinə 33,8 milyon avro ayrılacaq<b style="color:red"></b>

Avropa Şurası və Avropa İttifaqı “Şərq tərəfdaşlığı” proqramına üzv olan ölkələrə demokratiya və qanunun aliliyinin inkişafı üçün 3 illik yardım proqramının tətbiqinə başlayacaq.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, müvafiq razılaşma bu gün Brüsseldə Avropa Şurasının baş katibinin müavini Qabriela Battani –Draqoni və Avropa Komissiyasının nümayəndəsi Mixael Keller tərəfindən imzalanıb.
 
Avropa Komissiyasının nümayəndəsi qeyd edib ki, Komissiya və Avropa Şurası imzalanmış müqavilə çərçivəsində artıq  2015-ci il üçün tədbirlər planını razılaşdırıblar.  
 
Aİ və AŞ-nın proqramı ümumilikdə 3 il müddətinə hesablanıb. Yardım ümumi həcmi 33,8 mln avro təşkil edir. Qabriela Battani –Draqoni Avropadakı cənub qonşulara yardım məsələsində gələcəkdə Aİ ilə əməkdaşlığın davam etdiriləcəyini istisna etməyib. 
 
Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” proqramı keçmiş SSRİ-nin 6 respublikasını: Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Belarusu əhatə edir.

 





18.12.2014    çap et  çap et