525.Az

Xədicə İsmayılovanın saxlanma şəraiti araşdırılıb


 

Xədicə İsmayılovanın saxlanma şəraiti araşdırılıb<b style="color:red"></b>

Ombudsman Aparatının əməkdaşları Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində, Bakı İstintaq təcridxanasında və 10 və 11 saylı cəzaçəkmə müəssisələrində (CÇM) araşdırma aparıblar.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Aparatın əməkdaşları Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılma Mərkəzində, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında, 10 və 11 saylı cəzaçəkmə müəssisələrində olublar.

Ombudsmanın nümayəndələri Bakı İstintaq təcridxanasında 10-dan çox saxlanılan şəxslə, o cümlədən Xədicə İsmayılova, Pərviz Həşimli, Sirac Kərimli ilə onların saxlanıldıqları kameralarda görüşüb, həmin şəxslərə qarşı rəftar və saxlanılma şəraiti ilə bağlı mövcud vəziyyəti öyrəniblər.

Qəbul edilmiş şəxslərə hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah edilib. Bundan əlavə, görüş zamanı onlardan bəzilərinin qaldırdığı məsələlər müəssisə rəhbərliyi ilə müzakirə olunaraq öz müsbət həllini tapıb.

Ombudsmanın nümayəndələri müraciətlərin araşdırılması məqsədi ilə həmin gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı və 11 saylı CÇM-lərində, habelə Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılma Mərkəzində olublar. Bu müəssisələrdə qəbul edilmiş şəxslərə hüquqi məsləhətlər verilib.

 

 





18.12.2014    çap et  çap et