525.Az

Türkiyə neftin qiymətlərinin düşməsindən qazanır


 

Türkiyə neftin qiymətlərinin düşməsindən qazanır<b style="color:red"></b>

Türkiyə neftin qiymətlərinin düşməsindən hər il 32,6 milyon dollar qazanır.
 
Trend xəbər verir ki, bu barədə cümə axşamı “Haber7” telekanalı Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldıza istinadən məlumat yayıb.

Onun sözlərinə görə, əgər neftin qiymətləri hazırkı səviyyədə qalarsa, Türkiyə hər il məzənnə fərqinə görə 11,9 milyard dollar qazana bilər.

Türkiyə Enerji Bazarının Tənzimlənməsi Qurumunun (EPDK) məlumatına görə, 2013-cü ildə neft emalı zavodlarının tələbatının təmin olunması üçün ölkəyə 18,55 milyon ton neft idxal edilib, 2,09 milyon ton isə daxili istehsal hesabına təmin olunub.

 





18.12.2014    çap et  çap et