525.Az

Lənkəranın bəzi kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq


 

Lənkəranın bəzi kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq<b style="color:red"></b> Lənkəranın bəzi kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
 
Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, sabah dekabrın 19-da saat 12:00-dan 17:00-dək “Qaz İxrac” İdarəsinin Astara Magistral qaz kəmərləri sahəsinin “Xarxatan” Qazpaylama Stansiyasında təmir işləri aparılacaq.
 
Təmir müddətində Lənkəran rayonun Liman qəsəbəsinin, o cümlədən, Xarxatan, Dilman, Separadi, Şağlaser və Boladi kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
 





18.12.2014    çap et  çap et