525.Az

İlham Əliyev Sosialist İnternasionalının baş katibini qəbul edib


 

İlham Əliyev Sosialist İnternasionalının baş katibini qəbul edib<b style="color:red"></b>

Prezident İlham Əliyev Sosialist İnternasionalının baş katibi Luis Ayalanı qəbul edib.

525.az-ın məlumatına görə, Sosialist İnternasionalının baş katibi Luis Ayala Azərbaycan Sosial Demokrat Partiyasının 25 illik yubiley konfransında iştirak etmək üçün ölkəmizə səfərindən məmnun olduğunu bildirib.

O, Azərbaycana səfərindən ötən dövr ərzində ölkəmizdə gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib.

Prezident İlham Əliyev Azərbaycanda bütün sahələrin inkişafı ilə bağlı əldə olunan nailiyyətlərdən danışıb.

Görüşdə beynəlxalq əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 





18.12.2014    çap et  çap et